MDB ÖLKƏLƏRİ » SİYASƏT
01 Oktyabr 2020, 17:48 (GMT +4)

Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsindən narahatdır 

Bakı, 1 oktyabr, SalamNews. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev, Ermənistanın yenidən Azərbaycana qarşı müharibəyə başlamasından narahatdır. 

O, Qazaxıstan Xalqlar Assambleyasının sədri Janseyit Tumebayevlə görüşü zamanı vəziyyəti şərh edib.

SalamNews-un Nazarbayevin rəsmi saytına istinadən verdiyi xəbərə görə, elbaşı Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması çağırışlarını dəstəkləyir.

Siyasətçi Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsindən narahat olduğunu ifadə edərək, Ermənistanla Azərbaycan arasında danışıqların başlanmasının  vacibliyini vurğulayıb.

O, bunun bölgədəki vəziyyətin sabitləşməsinə kömək edəcəyini qeyd edib.