AZƏRBAYCAN » SİYASƏT
13 Oktyabr 2020, 15:38 (GMT +4)

Çavuşoğlu: Türkiyə həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycanı dəstəkləməyə davam edəcək

Bakı, 13 oktyabr, SalamNews. Türkiyə istənilən şəraitdə həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycanı dəstəkləməyə davam edəcək. 

SalamNews xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Çavuşoğlu bildirib ki, Cənubi Qafqazda atəşkəs çağırışları ilə yanaşı Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkilməsinə dair tələblər də səsləndirilməlidir.

"Məhz bu halda beynəlxalq ictimaiyyətin həqiqətən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək arzusunda olduğunu görə bilərik", o deyib.