AZƏRBAYCAN » İQTİSADİYYAT
16 Oktyabr 2020, 17:33 (GMT +4)

Azərbaycanda əmtəəlik qaz hasilatı 8%-dən çox artıb

Bakı, 16 oktyabr, SalamNews.Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 26,104 mln ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

SalamNews-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 26,001 mln tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 7,5% (əmtəəlik 7,6%) az olub.

Bu ilin 9 ayında ölkədə 27,31 mlrd kubmetr təbii qaz hasil edilib. Bu həcmin 19,379 mlrd kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin 9 ayında təbii qaz hasilatı illik müqayisədə 5,1%, əmtəəlik qaz hasilatı isə 8,3% artıb.