![]() |
AZƏRBAYCAN » SİYASƏT |
![]() TBMM sədri Ermənistanın Naxçıvana hücum ehtimalını şərh edib Bakı, 19 oktyabr, SalamNews. Düşünmürəm ki, Ermənistan Naxçıvana irimiqyaslı hücum təşkil edər. SalamNews -un məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda jurnalistlərə açıqlamasında deyib. M.Şentopun fikrincə, Ermənistanın məqsədi Azərbaycan və Türkiyəni təhrik etmək, müharibəni ətraf bölgələrə yaymaqdır: “Ətraf ölkələr siyasi baxımdan daha ağıllıdır, bu olmayacaq. İnanırıq ki, işğalçı məğlub olacaq”. Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələri Naxçıvana raket atıb. Raket Ordubad rayonunun ərazisinə düşüb. |