![]() |
AZƏRBAYCAN » SİYASƏT |
![]() Sahibə Qafarova TBMM Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Bakı, 19 oktyabr, SalamNews. Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova TBMM Sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SalamNews-un məlumatına görə, əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında təkbətək görüş keçirilib. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. |