DÜNYA » SİYASƏT
20 Oktyabr 2020, 10:52 (GMT +4)

ABŞ Rusiya kəşfiyyat zabitlərini kiber hücumlarda ittiham edib

Bakı, 20 oktyabr, SalamNews. ABŞ Ədliyyə Nazirliyi altı rus hərbi kəşfiyyat zabitinə kiberhücumlarla əlaqədar  ittiham irəli sürüb.

SalamNews xəbər verir ki, Amerika tərəfi Rusiya hərbi kəşfiyyat zabitlərinin öz ölkələrinin  maraqlarını təmin etmək üçün digər ölkələrin infrastrukturuna hücum etmək məqsədi ilə bir sıra haker əməliyyatlarında və zərərli proqram təminatının tətbiq olunmasında iştirak edib.

ABŞ bildirib ki, Rusiya Federasiyası Baş Kəşfiyyat İdarəsinin (GRU) əməkdaşlarının ittiham olunduğu kiberhücumlar milyardlarla dollar ziyan vurub.