AZƏRBAYCAN » SİYASƏT
20 Oktyabr 2020, 15:24 (GMT +4)

Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib

Bakı, 20 oktyabr, SalamNews. Azərbaycan Prezidenti İlham Əliyev Xocavənd rayonunun Vəng kəndinin adını dəyişdirib.

SalamNews xəbər verir ki, dövlətimizin başçısı xalqa müraciətində Vəng kəndinə yeni Azərbaycan adı verdiyini bildirib: “Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!”, - deyə Prezident İlham Əliyev qeyd edib.