DÜNYA » HADİSƏLƏR
21 Oktyabr 2020, 11:15 (GMT +4)

ABŞ HHQ qırıcısı Kaliforniyada qəzaya uğrayıb

Bakı, 21 oktyabr, SalamNews. ABŞ Hərbi Dəniz Qüvvələrinə aid "F/A-18E Super Hornet" qırıcısı  Kaliforniyada qəzaya uğrayıb, pilot xilas olub. 

SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Limur" hərbi bazası "Facebook" səhifəsində məlumat verib.

"Pilot təhlükəsiz şəkildə katapult edib, müayinə üçün yerli tibb müəssisəsinə aparlıb", məlumatda deyilir.

Qəzanın səbəbləri barədə məlumat verilməyib.