AZƏRBAYCAN » SİYASƏT
21 Oktyabr 2020, 14:35 (GMT +4)

TBMM sədri: Qardaş Azərbaycanın haqlı davasını bütün dünyaya çatdıracağıq

Bakı, 21 oktyabr, SalamNews. “Ermənistan müharibə cinayəti törədir”.

SalamNews-un məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Gəncə səfəri ilə bağlı “Twitter” hesabındakı paylaşımında yazıb.

TBMM sədri qardaş Azərbaycanın haqlı davasını bütün dünyaya çatdıracaqlarını da qeyd edib:

“Qarabağ Azərbaycandır və Azərbaycanın olacaq”.