AZƏRBAYCAN » SİYASƏT
21 Oktyabr 2020, 16:20 (GMT +4)

Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb

Bakı, 21 oktyabr, SalamNews. Rusiyanın Xabarovsk bölgəsində "Su-34" qırıcısı qəzaya uğrayıb.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Şərq  Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təyyarə "planlı təlim uçuşu zamanı" qəzaya uğrayıb.

"Pilotlar katapult edib. Onların səhhəti üçün heç bir təhlükə yoxdur. Hazırda ekipaj üzvləri baza aerodromuna təxliyyə edilir", məlumatda deyilir.