AZƏRBAYCAN » SİYASƏT
21 Oktyabr 2020, 16:34 (GMT +4)

Ermənistana məxsus daha 3 PUA məhv edilib

Bakı, 21 oktyabr, SalamNews. Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Bu barədə SalamNews-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, PUA-dan 2-si cəbhənin Füzuli istiqamətində, 1 isə Tərtər istiqamətində vurulub.