AZƏRBAYCAN » SİYASƏT
22 Oktyabr 2020, 09:20 (GMT +4)

Fuat Oktay: Bakıdan müraciət gələrsə Türkiyə tərəddüd etmədən qoşun göndərəcək

Bakı, 22 oktyabr, SalamNews. Əgər Bakıdan müraciət gələrsə Türkiyə Azərbaycana qoşun göndərməkdən və hərbi dəstək verməkdən tərəddüd etməyəcək.

SalamNews xəbər verir ki, bunu vitse-prezident Fuat Oktay "CNN Türk" telekanalına verdiyi müsahibəsində deyib.

“Prezidentimiz bunu ilk gündən açıq şəkildə bildirib. Azərbaycanla Türkiyə arasında hərbi müqavilələr var, hərbi əməkdaşlıqla bağlı sazişlər var. Əgər Ermənistan tərəfindən gözlənilməz addımlar atılarsa və belə bir dəvət gələrsə Türkiyə tərəddüd etməz, Prezidentimiz qətiyyən tərəddüd etməz", o deyib.

Oktay bildirib ki, hazırda belə müraciətlər daxil olmayıb.