![]() |
DÜNYA » CƏMİYYƏT |
![]() Çexiya koronavirus səbəbiylə sərt məhdudiyyətlər tətbiq edib Bakı, 22 oktyabr, SalamNews. Çexiya hökuməti koronavirusun yayılması ilə əlaqədar sərt tədbirlərin tətbiqini elan edib. SalamNews xarici mətbuata istinadən xəbər verir ki, Çexiya AB-də karantini yenidən tətbiq edən ikinci ölkə oldu. 22 oktyabr - 3 noyabr tarixlərində ölkədə pərakəndə ticarət və xidmət müəssisələrinin işi məhdudlaşdırılacaq. İstisna əsas malların satıldığı baqqal mağazaları və pərakəndə satış yerlərinə aiddir. Bundan əlavə, apteklər, kimyəvi təmizləmə və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərəcək. Qeyd olunur ki, hökumət 65 yaşdan yuxarı vətəndaşların küçəçıxmasına məhdudiyyətlərin tətbiq edilməsini müzakirə edir. İndiyə qədər belə bir qadağa tətbiq edilməyib. |