![]() |
QAFQAZ » HADİSƏLƏR |
![]() Gürcüstan DİN Zuqdididə girov götürülmüş 43 nəfərin azadlığa buraxıldığını açıqlayıb Bakı, 22 oktyabr, SalamNews. Gürcüstanın Zuqdidi şəhərində bankda naməlum şəxs tərəfindən saxlanılan azı 43 girov Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sərbəst buraxılıb və təhlükəsiz yerə aparılıb. SalamNews xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə yerində istintaq tədbirləri davam edir. "Hazırda bank binasında silahlı şəxs tərəfindən ələ keçirilən 43 girov sərbəst buraxılıb, polis əməkdaşları onları təhlükəsiz yerə aparıb. Hadisə yerində istintaq əməliyyatı davam etdirilir", - açıqlamada deyilir. |