AZƏRBAYCAN » İQTİSADİYYAT
22 Oktyabr 2020, 16:26 (GMT +4)

Cari ildə 493,7 milyon manatlıq metal məmulatları istehsal edilib

Bakı, 22 oktyabr, SalamNews. Bu ilin yanvar-sentyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 493,7 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən SalamNews-a bildirilib ki, bu dövr ərzində metallurgiya sənayesi 74,9 faiz artıb, hazır metal məmulatlarının istehsalı sahəsi isə 2,1 faiz azalıb.

Həmçinin metallurgiya sahəsi üzrə 25 min 531,9 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.