AZƏRBAYCAN » SİYASƏT
23 Oktyabr 2020, 11:17 (GMT +4)

Kanadada Ermənistanın cinayətlərini pisləyən imzatoplama kampaniyası keçirilir

Bakı, 23 oktyabr, SalamNews. Kanadadakı Azərbaycan və Türk icmalarının nümayəndələri rəsmi Ottavanı Ermənistanın işğalçılıq siyasətini pisləməyə və İrəvana qarşı sanksiyalar tətbiq etməyə çağıran petisiyanın imzatoplama kampaniyasına başlayıb.

SalamNews xəbər verir ki, kampaniya Kanadadakı azərbaycanlıların Mədəniyyət Mərkəzinin çağırışı ilə başlayıb.

Ərizəni change.org saytından dəstəkləyə bilərsiniz.

Petisya müəllifləri Azərbaycanın yaşayış məntəqələrini raket və artilleriya zərbələrinə məruz qoyan Ermənistan silahlı qüvvələrinin insanlığa qarşı törədilən cinayətlərinə diqqət çəkir.

Mərkəzin koordinatoru Anar Cahangirli "Anadolu" agentliyinə açıqlamasında bildirib ki, aksiya Kanada ictimaiyyətinin diqqətini İrəvanın cinayətkar siyasətinə cəlb etmək məqsədi daşıyır.