QAFQAZ » SİYASƏT
23 Oktyabr 2020, 10:47 (GMT +4)

Ermənistan xarici işlər naziri ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Bakı, 23 oktyabr, SalamNews. Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakanyanın ABŞ-a səfəri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker ilə görüşlə başlayıb.

SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat verib.

"Mnatsakanyanın ABŞ-a işgüzar səfəri başlayıb. Nazir ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker ilə görüşüb", Naqdalyan "Facebook"da yazıb.

Görüşün təfərrüatları açıqlamayıb.