![]() |
DÜNYA » HADİSƏLƏR |
![]() ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb Bakı, 24 oktyabr, SalamNews. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə Alabama ştatında qəzaya uğrayıb. SalamNews "CNN TV" şirkətinə istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə bir ev yanıb. Bolduin dairəsinin şerif idarəsindən verilən məlumata görə, mülki şəxslər zərər görməyib. "CNN" şərh almaq üçün Federal Aviasiya İdarəsi ilə əlaqə saxlasa da nəticəsiz qalıb.
|