AZƏRBAYCAN » SİYASƏT
25 Oktyabr 2020, 18:56 (GMT +4)

Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib

Bakı, 25 oktyabr, SalamNews. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub.

SalamNews xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. 

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.