DÜNYA » SİYASƏT
26 Oktyabr 2020, 11:20 (GMT +4)

Bayden Rusiyanı ABŞ üçün əsas təhlükə hesab edir

Bakı, 26 oktyabr, SalamNews. ABŞ-da Demokratlardan prezidentliyə namizəd Cozef Bayden hesab edir ki, beynəlxalq arenada ABŞ üçün ən böyük təhlükə Rusiyadır. SalamNews xəbər verir ki, o bu fikri "CBS" televiziyasına verdiyi müsahibəsində səsləndirib.

Aparıcı keçmiş vitse-prezidentdən, onun fikrincə hansı ölkənin ABŞ üçün ciddi təhlükə olduğunu soruşub.

"Hesab edirəm ki, hazırda Rusiya bizim təhlükəsizliyimizi və ittifaqlarımızı sarsıtmaq baxımından ən böyük təhlükədir.

İkincisi düşünürəm ki, Çin ən böyük rəqibimizdir. Bizim yanaşmamızdan rəqib olmağa davam edib edəcəyimiz müəyyən ediləcək", Demokrat namizəd bildirib.

Onun fikrincə hazırkı prezident Donald Trampın siyasəti beynəlxalq aləmdə ABŞ üçün eyni dərəcədə ciddi təhlükə yaradır.