AZƏRBAYCAN » SİYASƏT
26 Oktyabr 2020, 12:11 (GMT +4)

Lavrov: Rusiya və Türkiyə Qarabağ münaqişəsinin həlli üzərində işləyir

Bakı, 26 oktyabr, SalamNews. Rusiya Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilməsi mümkünlüyü ilə  bağlı mövqeyi dəstəkləmir.

SalamNews xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici KİV-ə müsahibəsində bildirib.

"Dağlıq Qarabağla bağl Rusiya və Türkiyənin iştirakının öz nüansları var. Bu problemin hərbi yolla həllinin mümkünlüyü və məqbulluğu ilə bağlı mövqeyi dəstəkləmədiyimizi gizlətmirik. Hər iki xalqı - həm erməni, həm də azərbaycanlını dost və qardaş hesab edirik.

Rusiya və Türkiyə sadaladığınız gərginlik ocaqlarında (Dağlıq Qarabağ, Suriya və Liviyada) münaqişələri həll etmək üçün çalışırlar. Heç kimə sirr deyil ki, obyektiv səbəblərdən bir sıra mübahisəli regional məsələlərin həllinə yanaşmalarımız fərqli ola bilər", Lavrov deyib.