![]() |
AZƏRBAYCAN » SİYASƏT |
![]() Fələstinlilər Makronun təxribatlarına cavab olaraq Türkiyə bayrağını dalğalandırıb Bakı, 26 oktyabr, SalamNews. Fələstin sakinləri Fransa Prezidenti Emmanuel Makronun İslam dini əleyhinə açıqlamalarını pisləyən etiraz aksiyası təşkil ediblər. Qəzza zolağının qərbində təşkil edilən aksiyanın iştirakçıları Fələstin bayraqları ilə birlikdə Türkiyə bayrağı və Prezident Rəcəb Tayyib Ərdoğanın fotolarını daşıyıb. SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, mühasirədə saxlanılan anklavın yüzlərlə sakini, "Fransa terror dövlətidir" şüarını səsləndirərək Məhəmməd peyğəmbərin (s) karikaturasının yayımlanmasının qəbuledilməz olduğunu bildirib. |