DÜNYA » HADİSƏLƏR
27 Oktyabr 2020, 14:58 (GMT +4)

Əfqanıstanda terror hücumu nəticəsində 5 nəfər ölüb

Bakı, 27 oktyabr, SalamNews. Əfqanıstanın mərkəzindəki Maydan Vardak vilayətində baş verən terror hücumunda 5 mülki şəxs həyatını itirib.

SalamNews -un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə vilayət administrasiyasının mətbuat katibi Muhibbullah Şerifzey jurnalistlərə açıqlama verib.

Məlumata görə, partlayışlar Celriz və Çek bölgələrində baş verib. Terrorçular mülki vətəndaşları daşıyan nəqliyyat vasitələrinin marşrutu boyunca partlayıcı qurğular yerləşdirib.

Hələ ki heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.