DÜNYA » CƏMİYYƏT
27 Oktyabr 2020, 15:20 (GMT +4)

Kanadada son sutkada 2531 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

Bakı, 27 oktyabr, SalamNews. Kanadada son sutkada koronavirusa yoluxma hadisələrinin sayı 2531 artaraq 220213-ə çatıb.

Bu barədə TASS ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

SalamNews xəbər verir ki, Kanadada ölənlərin ümumi sayı 9.973 olub.

Pandemiya  başlayandan ölkədə 184,3 min koronavirus xəstəsi sağalıb.