![]() |
DÜNYA » SİYASƏT |
![]() ABŞ Belarusdakı etirazçılara dəstəyini yeniləyib Bakı, 28 oktyabr, SalamNews. ABŞ, avqust ayından etibarən indiki prezident Aleksandr Lukaşenkoya etiraz etmək üçün aksiya keçirən Belarus vətəndaşlarının istəklərini dəstəkləməyə davam edəcək. SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib. "ABŞ və bütün dünya Belarus xalqı ilə həmrəydir. Onlar vəhşi repressiya qarşısında inanılmaz cəsarət və güc göstərdilər. Onların qanuni istəklərini dəstəkləməyə davam edəcəyik", Ortaqus bildirib. |