DÜNYA » SİYASƏT
29 Oktyabr 2020, 08:27 (GMT +4)

Müsəlman dünyası vəhdət və birlik həftəsini qeyd edir

Bakı 29 oktyabr, SalamNews. B.Samid. Müsəlmanların birliyini tərənnüm etdirən vəhdət həftəsi başlayır.

SalamNews xəbər verir ki, hicri-qəməri təqvimi ilə bu gün rəbiul-əvvəl ayının 12-dir. Bu gündən başlayaraq, islam dünyasında Məhəmməd Peyğəmbərin (s) doğum günü ilə bağlı tədbirlərə start verilir.

Bəzi hədislərə görə Məhəmməd Peyğəmbərin mövludu 12 rəbiul-əvvələ digər hədislərə görə isə 17 rəbiul-əvvələ təsadüf edir. Müsəlman ölkələrində bu iki günün təsadüf etdiyi həftəyə vəhdət və birlik həftəsi deyilir.

Vəhdət həftəsində müxtəlif müsəlman ölkələrində birliyi tərənnüm etdirən tədbirlərə geniş yer verilir.

Bu il vəhdət həftəsi bir sıra Qərb dairələrinin xüsusilədə Fransa dövlət başçısı Emanuel Makronun islam və islam peyğəmbərinin ünvanına etdiyi hörmətsizliklərə təsadüf edir. Vəhdət həftəsinə təsadüf edən bu günlərdə müsəlman dünyası buna kütləvi şəkildə mənfi reaksiya verməkdə, hətta bır sıra ölkələrdə Fransa mallarının boykot edilməsinə səbəb olub.