DÜNYA » SİYASƏT
29 Oktyabr 2020, 09:14 (GMT +4)

Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı qeyd olunur

Bakı, 29 oktyabr, SalamNews. Bu gün Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı – qardaş ölkədə respublikanın qurulmasının 97-ci ildönümü qeyd olunur.

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk Qurtuluş savaşında Qərb ölkələri üzərində qələbədən sonra 1923-cü il oktyabrın 29-da Türkiyədə respublika qurulduğunu elan edib.

29 oktyabr - Cümhuriyyət Günü Türkiyədə Respublika quruluşunun elan olunduğu gündür.

Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün liderliyi ilə Türkiyə xalqı 1919-cu ilə mayın 19-da milli-qurtuluş savaşına başlayıb. Bu tarixi şərəf mücadiləsinin nəticəsi olaraq 1923-cü il oktyabrın 29-da indiki Türkiyə Respublikası elan olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xalqa  müraciətində Cümhuriyyətin qurulmasının 97-ci ildönümü münasibətilə həmvətənlərini təbrik edib:

"Milli Qurtuluş Mübarizəsi dövründə olduğu kimi türk xalqının iradəsi, ölkənin işğalının qarşısını alaraq müdaxiləçilərin planlarını pozdu və bu gün Türkiyə öz inkişaf yolu ilə inamla irəliləyir". 

Ərdoğan bildirib ki, Türkiyənin müvəffəqiyyətinin zəmanəti millətin birliyi və bərabərliyidir.