DÜNYA » SİYASƏT
29 Oktyabr 2020, 10:32 (GMT +4)

BMT Ermənistan SQ Bərdəyə raket hücumunu pisləyib

Bakı, 29 oktyabr, SalamNews. Dağlıq Qarabağda davam edən hərbi əməliyyatlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır. SalamNews xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrick bəyan edib.

"Yaşayış məntəqələrinə, eləcə də Bərdə şəhərinə endirilən zərbələr də daxil olmaqla bütün hücumları ən kəskin şəkildə pisləyirik", Dujarrik bildirib.

Onun sözlərinə görə, BMT digər yaşayış məntəqələrinin də atəşə tutulmasını pisləyir: “Bu cür hücumlara heç cür haqq qazandırmaq olmaz”.