DÜNYA » SİYASƏT
29 Oktyabr 2020, 11:12 (GMT +4)

Əlcəzair prezidenti Almaniyada xəstəxanaya yerləşdirilib

Bakı 29 oktyabr, SalamNews. B.Samid. Əlcəzairin prezidenti Əbdülməcid Tabun Almaniyaya aparılıb.

SalamNews BBC.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Prezident Administrasiyası bəyanat verib.

Bildirilib ki, Əbdülməcid Tabun koronavirusla bağlı karantinə daxil olduqdan bir neçə gün  sonra Almaniyaya yola salınıb.

O Almaniyada bir sıra testlərdən keçməli olacaq.

Əbdülməcid Tabun bundan öncə Əlcəzair paytaxtında hərbi xəstəxanata yerləşdirilmişdi.

Əlcəzairin rəsmi səhiyyə mənbələri prezidentin vəziyyətinin stabil olduğunu bildirirlər.