AZƏRBAYCAN » SİYASƏT
29 Oktyabr 2020, 11:23 (GMT +4)

AB Dağlıq Qarabağda davam edən döyüşlərlə bağlı bəyanat verib

Bakı, 29 oktyabr, SalamNews. Avropa Birliyi, Dağlıq Qarabağ və ətrafında döyüşlərin davam etdirilməsini, habelə Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən üç atəşkəs razılaşmasından sonra mülki əhalinin atəşə tutulmasını qəbuledilməz hesab edir.

SalamNews -un verdiyi xəbərə görə, bu barədə AB-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsinin mətbuat katibi Josep Borrel Peter Stanonun açıqlamasında deyilir.

Bəyanatda eyni zamanda qeyd edilir ki, Avropa İttifaqı bir daha münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa uyğun şəkildə mülki şəxslərin təhlükəsizliyini təmin etmək öhdəliklərini xatırladır: “Avropa İttifaqı tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün dərhal danışıqlara başlamağa çağırır".