AZƏRBAYCAN » SİYASƏT
30 Oktyabr 2020, 10:14 (GMT +4)

Trampın fikrincə Bayden qalib gəlsə Fransadakı hücumlardan ABŞ-da da başlayacaq

Bakı, 30 oktyabr, SalamNews. Demokrat namizəd Cozef Baydenin seçkilərində qalib gələcəyi təqdirdə Fransada son zamanlar radikal islamçılar və onlara bənzərlər tərəfindən  təşkil edilən terror hücumları ABŞ-da da başlayacaq. SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Vaşinqton administrasiyasının hazırkı başçısı, respublikaçı Donald Tramp bildirib.

"Cozef Bayden (koronavirus pandemiyası səbəbi ilə) səyahət məhdudiyyətlərini ləğv etmək istəyir, dünyanın ən təhlükəli bölgələrindən qaçqınları dəvət edəcək. Radikal terrorçular üçün qapıları açacaq. Üç gün əvvəl nə olduğunu gördünüz - Fransada baş kəsildi. Bu gün yenə oldu. Baydenin  planına görə, Fransadakı kimi dəhşətli hücumlar şəhərlərimizdə də başlayacaq", - deyə Amerika lideri bildirib.

Ağ Evin başçısı hadisə ilə əlaqədar Fransa Prezidenti Emmanuel Makrona başsağlığı verib. Tədbir Amerika xəbər telekanalları tərəfindən yayımlanıb.