AZƏRBAYCAN » SİYASƏT
30 Oktyabr 2020, 15:05 (GMT +4)

Azərbaycan Ordusu daha 9 kəndi erməni işğalından azad edib

Bakı, 30 oktyabr, SalamNews. Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

SalamNews-un xəbərinə görə, bunu özünün rəsmi tvitter hesabında Prezident İlham Əliyev yazıb.