AZƏRBAYCAN » SİYASƏT
31 Oktyabr 2020, 13:47 (GMT +4)

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə davam edir: indiyədək 106 namizəd uğur qazanıb

Bakı, 31 oktyabr, SalamNews. Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

SalamNews DİM-in oktyabrın 31-i saat 13:20-yə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 106 nəfər uğur qazanıb. Onlardan 62-si Təhsil Nazirliyində, 15-i Maliyyə Nazirliyində, 9-u Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, 1 nəfər Dövlət Turizm Agentliyində, 1 nəfər isə Hesablama Palatasında müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.