AZƏRBAYCAN » SİYASƏT
31 Oktyabr 2020, 14:53 (GMT +4)

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt sakinindən iki kiloqrama yaxın tiryək götürülüb

Bakı, 31 oktyabr, SalamNews. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Sabunçu rayonu ərazisində keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini R.İbrahimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 104 qramdan çox heroin və 2 kiloqrama yaxın tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı təhqiqat aparılır.