DÜNYA » CƏMİYYƏT
14 Yanvar 2021, 15:45 (GMT +4)

İranda son sutkada 81 koronavirus xəstəsinin ölümü qeydə alınıb

Bakı, 14 yanvar, SalamNews, B,Samıd. İranda son 24 saat ərzində 81 koronavirus xəstəsinin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 56,538-ə çatıb.

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari deyib.

Bildirilib ki, İranda son 24 saat ərzində 81 koronavirus xəstəsinin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 56,538-ə çatıb.

Əlavə edilib ki, son sutkada İranda 6,471 nəfərin Covid-19 virusuna yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 1,311,810-a çatıb.

Sima Sadat-Larinin sözlərinə görə hazırda İranda Covid-19 xəstələrindən 4,437 nəfərin vəziyyəti kritikdir.

Hazırda İranda 7 rayon koronavirusun təhlükəsilə bağlı təsnifata görə "qırmızı bölgə" hesab edilirlər.