DÜNYA » SİYASƏT
16 Yanvar 2021, 14:25 (GMT +4)

Trampın "Facebook" və "İnstagram" səhifələri bərpa edilib

Bakı, 16 yanvar, SalamNewsSosial media şəbəkələri "Facebook" və "İnstagram" rəhbərliyi ABŞ-ın hazırkı prezidenti Respublikaçı Donald Trampın Vaşinqtondakı etiraz aksiyaları fonunda dondurululan şəxsi hesablarının fəaliyyətini bərpa edib.

SalamNews TASS-a istinadən xəbər verir, hər iki xidməti özündə birləşdirən "Facebook" bununla bağlı müvafiq açıqlama yaymayıb.

Ancaq dövlət başçısının səhifələri yenidən açılır.

Hər iki səhifədəki son yazılar 6 yanvar tarixinə aiddir.

Hələ ki, Trampın səhifədə yeni yazılar yerləşdirə bilib bilməyəcəyi məlum deyil.