DÜNYA » CƏMİYYƏT
18 Yanvar 2021, 09:52 (GMT +4)

İran yerli peyvənddən əlavə 16 milyon koronavirus vaksini aldığını bildirib

Bakı, 18 yanvar, SalamNews, B,Samid. İran 16,800,400 Covid-19 vaksini alıb.

SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranda Koronavirusa qarşı Mübarizə Mərkəzinin mətbuat katibi Əlirza Rəisi deyib.

İran rəsmisinin sözlərinə görə yerli peyvəndlərdən əlavə xaricdən 16,800,400 Covid-19 vaksini alınıb.

O, bu vaksinlərin ödənişi üçün 52 milyon dolların ayrıldığını bildirib.

O, İranda yerli imkanlar hesabına ərsəyə gətirilən vaksinlərdən əlavə, Kuba ilə birgə imzalanmış sənədə əsasən yeni peyvəndin ərsəyə gətirildiyini və onun da gələn iki ay ərzində vurulacağını qeyd edib.

Qeyd edək ki, İranda koronavirusa yoluxduğu qeydə alınanlar 1,320,000  ölənlər isə 56,717 nəfərdir.