RUSİYA » SİYASƏT
18 Yanvar 2021, 14:50 (GMT +4)

Lavrov: Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmayıb (VİDEO)

Bakı, 18 yanvar, SalamNewsDağlıq Qarabağın müstəqilliyi Ermənistan da daxil olmaqla heç kim tərəfindən tanınmayıb. SalamNews -un məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bəyan edib.

Jurnalistin sualını cavablandıran S. Lavrov, Qarabağın Rusiyanın tərkibinə daxil olması ilə bağlı mümkün təklifi də "ekzotik" adlandırıb.

"Bilirsiniz, Dağlıq Qarabağın müstəqilliyini Ermənistan da daxil olmaqla heç kim tanımayıb. Biz bunu ağlımıza belə gətirmirik", Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.