DÜNYA » SİYASƏT
18 Yanvar 2021, 14:50 (GMT +4)

Türkiyə müdafiə naziri İraqa elan edilməmiş səfərə yollanıb

Bakı, 18 yanvar, SalamNews, B,Samid. Türkiyə müdafiə naziri Hülusi Akar Bağdada elan edilməmiş səfərə yollanıb.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, Hülusi Akar bu səfər çərçivəsində İraqın baş naziri Mustafa əl-Kazimi, bu ölkənin müdafiə naziri və sair rəsmilərilə görüşəcək.

Bu səfər öncədən elan edilməmişdi və onun məqsədi də mətbuata bəlli deyil.

Qeyd edək ki, İraqın baş naziri Mustafa əl-Kazimi üçüncü xarici səfəri çərçivəsində ötən ay Türkiyədə rəsmi səfərdə olmuşdu.

Bir çox iraqlı mənbələr, Hülusi Akarın Bağdad səfərini, İraqın şimalında aparılacaq mümkün hərbi əməliyyatla əlaqədar olduğunu iddia ediblər.