AZƏRBAYCAN » SİYASƏT
20 Yanvar 2021, 10:30 (GMT +4)

Türkiyə səfirliyi: Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq

Bakı, 20 yanvar, SalamNews. "1990-cı il yanvar ayının 20-də baş verən hadisələrin 31-ci ildönümündə faciə nəticəsində şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini yad edirik".

SalamNews-un məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilib.

"Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq", - səfirlikdən vurğulanıb.