DÜNYA » CƏMİYYƏT
20 Yanvar 2021, 10:34 (GMT +4)

ÜST son həftə ərzində koronavirusdan rekord sayda ölüm hadisəsinin qeydə alındığını açıqlayıb  

Bakı, 20 yanvar, SalamNews. Son bir həftə ərzində dünyada koronavirus səbəbiylə 93 mindən çox insan ölüb, bu da pandemiya başlayandan ən yüksək göstəricidir. Xəstəliyə yoluxanların sayı yeddi gündə 4.7 milyondan çox artıb.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu barədə həftəlik epidemioloji bülletendə məlumat verib.

Məlumata görə, yanvarın 11-dən 17-dək dünyada COVID-19-dan 93.882 ölüm qeydə alınıb,  4.725.025 nəfər yoluxub.