DÜNYA » SİYASƏT
21 Yanvar 2021, 09:23 (GMT +4)

Qasim Süleymaninin qızı Trampın Ağ Evi tərk etməsinə münasibət bildirib

Bakı, 21 yanvar, SalamNews, B,Samid. “Cənab Tramp! Sən mənim atamı, İŞİD və əl-Qaidəyə qarşı zəfərli müharibəni aparan generalı öldürdün. Bu ümidlə ki sənə hansısa bir qəhrəman gözü ilə baxsınlar. Amma sən bunun əvəzində məğlub oldun və təcrid edildin. Sənə qəhrəman kimi baxmırlar. Sən bundan sonra düşmənlərindən qorxub gizlənən şəxs kimi yaşayacaqsan.”

SalamNews xəbər verir ki, bunu general Qasim Süleymaninin qızı Zeynəb Süleymani rəsmi tvitter səhifəsində yazıb.

O, Trampın Ağ Evi tərk etməsinə münasibət bildirirb və açıqlayıb ki, Tramp Qasim Süleymanini öldürməklə qəhrəman kimi tanınmaq istəyirdi, lakin məğlub olub təcrid edilmiş vəziyyətə düşdü.

Zeynəb Süleymani əlavə edib ki, Tramp bundan sonra düşmənlərinin qorxusundan gizlində yaşayacaq.