DÜNYA » SİYASƏT
21 Yanvar 2021, 10:57 (GMT +4)

Merkel Baydenin andiçmə mərasimini demokratiyanın qələbəsi adlandırıb

Bakı, 21 yanvar, SalamNews. Almaniya kansleri Angela Merkel andiçmə mərasimi münasibətilə ABŞ prezidenti və vitse-prezident Co Bayden və Kamala Harrisi təbrik edib, o mərasimi demokratiyanın qələbəsi adlandırıb.

SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Steffen Seybert məlumat verib.

Ötən gün Baydenin andiçmə mərasimi olub.

"Prezident Co Bayden və vitse-prezident Kamala Harrisin andiçmə mərasimi münasibətilə təbrik edirəm. Bu demokratiyanın qələbəsidir. Almaniya-Amerika dostluğu və əməkdaşlığında yeni bir fəsil açmağı səbirsizliklə gözləyirəm", Seibert Twitter-də yazıb.