AZƏRBAYCAN » CƏMİYYƏT
21 Yanvar 2021, 11:00 (GMT +4)

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bakı, 21 yanvar, SalamNews. Ölkə əhalisinin sayı ilin əvvəlindən 56 292 nəfər və ya 0,6 faiz artaraq 2020-ci il dekabr ayının 1-i vəziyyətinə 10 123 400 nəfərə çatıb.

Bu barədə SalamNews-a Dövlət Statistika Komitəsindən bildirilib.

Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.