DÜNYA » SİYASƏT
22 Yanvar 2021, 10:48 (GMT +4)

AB liderləri Moskvanı Navalnını azadlığa buraxmağa çağırır

Bakı, 22 yanvar, SalamNews. Avropa Birliyi ölkələrinin dövlət və hökumət başçıları Rusiya hökumətini Berlindən gələrkən Moskvada hava limanında saxlanılan müxalifət lideri Aleksey Navalnını azadlığa buraxmağa çağırır.

Avropa Şurasının rəhbəri Çarlz Mişel bu müraciət 27 AB ölkəsi liderlərinin koronavirusla mübarizəyə həsr olunmuş və videokonfrans rejimində keçirilən sammit toplantısından  sonra səsəlındirilib.

SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, AB liderləri Moskvanın Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) ilə Navalnının zəhərlənməsi hadisəsinin şəffaf şəkildə araşdırılmasında  əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

Navalnının vəziyyəti avqustun 20-də Tomskdan Moskvaya uçarkən yolda pisləşib.

İlk iki gündə bloggerə Omsk xəstəxanasının həkimləri kömək edib.

Onu süni komaya salıblar. 22 avqustda Navalnı Berlindəki klinikaya göndərilib.

Yanvarın 17-də Rusiyaya qayıdan Navalnıy  "Şeremetevo" hava limanında saxlanılıb.