DÜNYA » HADİSƏLƏR
22 Yanvar 2021, 11:24 (GMT +4)

Filippində güclü zəlzələ baş verib

Bakı, 22 yanvar, SalamNews. Filippinin cənubunda güclü zəlzələ baş verib.

SalamNews-un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin ocağının dərinlikdə olması səbəbindən səlahiyyətlilər ciddi ziyan dəymədiyini qeyd edib, sunami xəbərdarlığı verilməyib.

7 bal gücündə zəlzələ dəniz səviyyəsindən 95.8 kilometr aşağıda, ölkənin  qərbindəki Davao əyalətində, Pondagitandan təxminən 210 kilometr cənub-şərqdə baş verib.