AZƏRBAYCAN » SİYASƏT
22 Yanvar 2021, 12:40 (GMT +4)

Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək

Bakı, 22 yanvar, SalamNews. “Fevralın 1-dən ölkənin bütün ərazisində məktəblər açılır, ibtidai sinif şagirdləri və məktəbəqədər hazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir”.

SalamNews xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, fevralın 1-dən 1-4-cü siniflər üzrə əyani təhsil iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə olmaqla, digər bölgələrdə isə həftədə 4-5 dəfə bərpa olunmasına qərar verilib.