![]() |
DÜNYA » CƏMİYYƏT |
![]() İranda son sutkada 75 nəfərin Covid-19 virusundan ölümü qeydə alınıb Bakı, 22 yanvar, SalamNews, B,Samid. İranda son 24 saat ərzində koronavirusun Covid-19 növündən 75 nəfərin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 57,225-ə çatıb. SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari açıqlama verib. Bildirilib ki, ölkədə son sutka ərzində koronavirusun Covid-19 növündən 75 nəfərin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 57,225-ə çatıb. Əlavə edilib ki, son 24 saatda İranda 6,305 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 1,360,825-ə çatıb. Bu ölkədə yoluxanlardan 1,151,676 nəfəri sağalıb. Hazırda İranda 4,134 koronavirus xəstəsinin vəziyyəti ağır və kritik dəyərləndirilir.
|