DÜNYA » SİYASƏT
23 Yanvar 2021, 10:18 (GMT +4)

Trampın  impiçment prosesinin başlayacağı tarix müəyyənləşib

Bakı, 23 yanvar, SalamNews. ABŞ keçmiş prezidenti Donald Trampa qarşı impiçment prosesi fevralın 8-də başlayacaq.

SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Senatda əksəriyyətin lideri, demokrat Çak Şumer bildirib.

"Nümayəndələr Palatası ittihamçıları 25 yanvar axşam saat 19-da impiçment maddələrini təqdim edəcək. Tərəflər 8 fevraldan etibarən çıxışlara başlayacaq", Şumer Senatdakı çıxışında bildirib. 

İki həftə ərzində hər iki tərəfin - ittihamçı və müdafiə tərəfinin prosesə hazırlaşmaq və proses üçün xüsusi sənədlərdə mövqelərini formalaşdırmaq fürsəti olacaq.