RUSİYA » CƏMİYYƏT
23 Yanvar 2021, 12:50 (GMT +4)

Rusiyada son sutkada təxminən 21 min nəfər koronavirusa yoluxub

Bakı, 23 yanvar, SalamNews. Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 20.921 nəfər artıb. Bu barədə virusla mübarizə üzrə federal əməliyyat qərargahından məlumat verilib.

SalamNews-un verdiyi xəbərə görə, bu keçən ilin 11 noyabrından bəri ən aşağı göstəricidir.

Nisbi baxımdan xəstələrin sayında artım 0,6 faizdən az olub.

Ümumilikdə, ölkədə pandemiya başlayandan 3.698.273 nəfər virusa yoluxub.

Koronavirusdan sağalanların sayı son sutkada 27.779 nəfər artıb.

Ümumilikdə ölkədə 3.109.315 nəfər sağalıb.